Qadın həndbolçular kubok uğrunda mübarizə aparacaq

5 Oktyabr 2022 21:20 (UTC+04:00)

Beynəlxalq dərəcəli həndbol hakimlərimiz Ernest və Emil Ağakişi
ölkəmizi daha bir nüfuzlu yarışda təmsil edəcəklər. SİA xəbər verir ki, söhbət qadın həndbolçuların Avropa Həndbol Federasiyası kuboku uğrunda turnirindən gedir. Ağakişi qardaşları Yunanıstanın PAOK və Şimali Makedoniya Respublikasının WHC Metalurq komandalarının görüşünə təyinat alıblar. Onlar Saloniki şəhərində keçiriləcək görüşdə söz sahibi olacaqlar. Gərgin mübarizə vəd edən qarşılaşma oktyabrın 8-də keçiriləcək.
Xatırladaq ki, bu, Ernest və Emil Ağakişi qardaşlarının Avropa Həndbol Federasiyasının bayrağı altında keçirilən turnirlərə növbəti təyinatıdır. Sözügedən həndbol hakimlərimizin yetirincə beynəlxalq təcrübəsi var.