Volodin rusların diqqətini ABŞ-ın dövlət borcuna çəkib

5 Oktyabr 2022 20:34 (UTC+04:00)

Dollar sisteminin çökməsi nəticəsində dünyanın bir çox ölkələrinin iqtisadiyyatı zərər çəkə bilər.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu da Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin özünün Telegram kanalında xəbərdarlıq edib.

Qeyd olunur ki, ABŞ-ın dövlət borcu ilk dəfə olaraq 31 trilyon dolları keçib, Vaşinqtonun borcları ümumi dünya ÜDM-nin 30 faizdən çoxuna çatıb.

Volodinin fikrincə, “ABŞ-ın dövlət borcunun hədsiz artması” ABŞ-ın onu qaytarmaq niyyətində olmadığı qənaətinə gəlməyə imkan verir.

Onlar öz problemlərini Avropa İttifaqı dövlətləri hesabına həll etməyə çalışacaqlar. Dövlət Dumasının spikeri vurğulayıb ki, “dollar maşınının köməyi ilə şişirdilmiş köpüyü” partlaya bilər.

Bu vəziyyətdə ABŞ valyutasından praktiki olaraq müstəqil olan ölkələr minimal itkilərə məruz qalacaqlar.

Ağasəf Babayev