Kadırov Rusiyanın Rekordlar Kitabına daxil edilib

5 Oktyabr 2022 20:21 (UTC+04:00)

Çeçenistan rəhbəri Ramzan Kadırov dünyada ən çox sanksiyaya məruz qalan şəxs kimi Rusiyanın Rekordlar Kitabına düşüb.

SİA-nın “RİA Novosti”yə istinadən xəbər verir ki, müvafiq sertifikatı ona Rusiyanın Rekordlar Kitabının baş redaktoru Stanislav Konenko təqdim edib.

Onun sözlərinə görə, Kadırov 15 sanksiya nəticəsində rekordçu olub. Həmçinin, Çeçenistan rəhbərinə daha bir rekordu təsdiqləyən sertifikat verildi: dünyada bir şəxsə, onun ailəsinə və tərəfdaşlarına tətbiq edilən ən çox sanksiya məhdudiyyəti.

Burada nəticə 68 sanksiyadır.

Maraqlıdır ki, Kadırov bununla bağlı özünün “qürurlu və xoşbəxt olduğunu” deyib.

Bu gün səhər saatlarında Rusiya prezidenti Vladimir Putin Kadırova Daxili Qoşunların general-polkovniki rütbəsi verib.

Ağasəf Babayev