“Qırxıqbaşlar” guya Rusiyada təqib olunur?..

5 Oktyabr 2022 19:28 (UTC+04:00)

Rusiya prezidenti Vladimir Putin Rusiyanın “İlin müəllimi” müsabiqəsinin laureatları və finalçıları ilə görüşündə çıxış edərək, Ukraynanın “könüllü olaraq Rusiyaya qoşulmaq arzusunda olmaq istəyən” ərazilərində keçirilən referendumun “təəccüblü” nəticələri ilə öyünüb.

O, həmçinin bir daha Qərbi və neonasistləri Ukraynaya qarşı müharibədə “günahkar” adlandırıb və ukraynalı hər şeyə hörmət ifadə edib.

SİA-nın Ukrayna saytlarından əldə etdiyi məlumata görə, Putin onu da deyib ki, əgər Qərb müdaxilə etməsəydi, biz, Skabeeva demiş iki günə Ukraynanı “götürmüşdük”.

(...gərək ki, yadınızda olar, o vaxt, yəni 2011-ci ilin aprelində Rusiyanın o vaxtkı müdafiə naziri Pavel Qraçev bir paraşüt alayı ilə iki saata Qroznını alacağına söz vermişdi...axırı nə oldu? Yox, bunun nə Ramzata, nə də onun həndəvərində dolananlara aidiyyatı yoxdur. Bizim o sair Əlövsət demişkən...ay köhnə kişilər, köhnə kişilər-A.B)

Xüsusilə, Kreml rəhbəri vurğulayıb ki, psevdoreferendumun nəticələri guya heç bir şübhə doğurmur , çünki onlar “tamamilə şəffaf, inandırıcı və obyektivdir”. Üstəlik, Putin etiraf etdi ki, onlar onu xoşbəxt etdilər və təəccübləndirdilər, ona görə də orada heç kim guya heç nəyi düzəltmədi.

Rusiya prezidentinin sözlərinə görə, onun ölkəsi Donbası sakit şəkildə inkişaf etdirə və orada vəziyyəti sabitləşdirə biləcək.

...Ukraynanın bu yaxınlarda ilhaq edilmiş ərazilərinin inkişafından danışan Putin, bildirib ki, “plan” adlanan plan hərtərəfli olmalı və infrastruktur və təhsilin inkişafını ehtiva etməlidir.

... “Ukraynadakı nasistlərə” diqqət yetirən Putin bu dəfə də “tarixi parçalamaq və nasizmi dirçəltmək cəhdi olmasaydı” onun Ukraynaya hücuma keçmək fikri olmayacağını da bildirib.

Maraqlıdır ki, bu dəfə Kreml rəhbəri “zəhərli neonasizm”in bütün dünyada olduğu kimi, Rusiyada da mövcud olduğunu, lakin guya Ukraynadan fərqli olaraq Rusiya Federasiyasında belə insanların təqib olunur, izzətləndirilmədiklərini bildirib.

P.S: Rusiyada “qırxıqbaşlar” (skinhedlər) gəlmələrə, o cümlədən qafqazlılara, xüsusilə də azərbaycanlılara qarşı tez-tez hücumlar edir, insanlığa sığmayan vəhşiliklərə yol verirlər. Rusiya irqi zəmində törədilmiş cinayətlərin sayına görə digər ölkələrdən öndə gedir. Hər il bu ölkədə 500-ə yaxın skinhed hücumu nəticəsində ən azı 50 nəfər qətlə yetirilir.
Rusiya neofasistlərinə məxsus İnternet saytlarında həmin qətliamdan görüntülər yerləşdirilir. Məqsəd digər millətləri qorxu və təşviş içərisində saxlamaqdır. Skinhedlərin hədəfi Qafqaz, Mərkəzi Asiyadan olan əcnəbilərdir.

Rusiya skinhedlərinin rəhbərlərindən olan Nikolay Koryanoviçin sözlərinə görə, onların kumirləri Stalin və Hitlerdir. Mavi gözlü, qırxıqbaş, boksçuya oxşayan bu adam Rusiya siyasətinin yeni nəslindəndir. O, açıq şəkildə neofaşist ideyalarını təbliğ edir və Rusiyada mütləq monarxiyanın bərpa olunmasını istəyir.

...Şahidlərin də dediyinə görə, elə Moskvanın özündə “qırxıqbaşlar” görən polis girməyə əlik axtarır və onların heç bir qeyri-qanuni əməllərinə müdaxilə etmirlər.

..Hə, indi gopa basmaqla deyil ki...

Ağasəf Babayev