"Qarabağ"a qalib gəlmək istəyirik"

5 Oktyabr 2022 19:09 (UTC+04:00)

"Olimpiakos"un baş məşqçisi Xose Miçel Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda "Qarabağ"a qarşı keçirəcəkləri matçından öncə mətbuat konfransı təşkil edib.

SİA Qol.az-a istinadən xəbər verir ki, mütəxəssis oyundaqələbə qazanmaq istədiklərini deyib:

"Qarabağ"a qalib gəlmək istəyirik. Bunu bacara bilərik. Hansı komandanı təmsil etdiyimizi yaxşı bilirik. Mənim oyun fəlsəfəm ancaq qələbəyə hesablanıb. İlk addımı atmalıyıq. "Qarabağ" çox yaxşı komandadır. Bəzi top komandalarla oyunlarda gözəl qələbələr qazanıb. İllərdir avrokubokların qrup mərhələsində çıxış edir. Rəqibə hörmətlə yanaşırıq".

Qeyd edək ki, sabah "Georgios Karaiskakis" stadionunda keçiriləcək "Olimpiakos" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.