Putin niyə Ukraynada nüvə silahından istifadə etməyəcək?

5 Oktyabr 2022 18:39 (UTC+04:00)

...Rusiya prezidenti Vladimir Putin Ukraynada taktiki nüvə silahından istifadə etməyəcək. Çünki o bu cür silahların tətbiqi halında ABŞ-dan cavab gələcəyini yaxşı bilir.

SİA-nın Ukrayna saytlarından əldə etdiyi məlumata görə, bu barədə “Feigin Live”ın efirində rusiyalı politoloq və publisist Andrey Piontkovski danışıb.

Onun sözlərinə görə, Kreml tərəfindən nüvə silahından istifadə təhlükəsi minimaldır. Bunun üç əsas səbəbi var:

-hərbi baxımdan heç bir mənası yoxdur. Bu, heç bir hərbi problemi həll etmir. O, bir Ukrayna şəhərini dağıdacaq, minlərlə insan öləcək, amma Ukrayna müqavimətini dayandırmayacaq, Qərb də onu dəstəkləməkdən əl çəkməyəcək;

-bu zərbənin ardınca hansı cəzanın olacağını bilir;

- nüvə zərbəsinə başlamaq əmri bir çox iştirakçıların qarşılıqlı əlaqəsini tələb edir.

“...Putin Ukraynanı bir neçə günə keçməyi planlaşdırırdı və müharibə Baltikyanı ölkələrdə baş verməli idi. NATO qoşunları üstünlük əldə etməyə başlayanda Putin nüvə silahını çəkəcəkdi ki, bu da Alyansı təslim olmağa məcbur etməli idi. Amma heç kim Ukraynada taktiki silahdan istifadə etməyə hazır deyildi, çünki heç kim rusların Ukraynaya müharibəni uduzması və çarəsiz halda taktiki nüvə silahından istifadə etməsi ssenarisini düşünmürdü”.

Qeyd edək ki, bunları deyən Piontkovski, qeyd edib ki, cavab olaraq nüvə zərbəsi olarsa, ABŞ Rusiya qurğularını, bütün Qara dəniz donanmasını bazaları ilə birlikdə məhv edəcək.

“...Putin danışmağa başladı Qərbin ölkəni rüsvay etmək üçün Rusiyanı nüvə silahından istifadə etməyə sövq etməyə çalışdığını, ona görə də Moskva bunu tətbiq etməyəcək. Beləliklə, nüvə silahı mövzusu bağlanıb”, - deyə politoloq yekunlaşdırıb.

Xatırladaq ki, sentyabrın 21-dən başlayaraq Rusiya prezidenti Vladimir Putin nüvə şantajına əl atıb. O, bəyan edib ki, “Rusiyaya qarşı nüvə şantajı həyata keçirilir”. O, ərazi bütövlüyünə təhlükə yaranarsa, Rusiyanın “bütün mümkün vasitələrdən istifadə edəcəyi ilə hədələyib, bu, blef deyil”. Ukrayna prezidenti Vladimir Zelenski hesab edir ki, bunlar Putinin nüvə şantajının yalnız ilk addımlarıdır və həmçinin bunun blef olduğunu düşünmür.

Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəis müavini Vadim Skibitski də Putinin nüvə müharibəsi ehtimalını ciddi şəkildə nəzərdən keçirdiyini qeyd edib. Eyni zamanda, Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov Rusiyanın yaxın gələcəkdə Ukrayna ərazisinə nüvə zərbəsi endirməsi ehtimalını təkzib ediblər.

ABŞ-ın müdafiə naziri Lloyd Austin deyib ki, o, "Putinin nüvə silahından istifadə etmək barədə qərar verdiyinə inanmağa səbəb olacaq heç bir şey" görmür.

...Amma Ukrayna Daxili İşlər Nazirliyi rəhbərinin müşaviri Vadim Denisenko xəbərdarlıq edib ki, növbəti ay yarımda ukraynalılar psixoloji müharibələrə və Rusiya Federasiyasından daimi nüvə zərbəsi təhdidlərinə hazır olmalıdırlar.

Bu həftə Avropa mediasında Rusiya Federasiyasının nüvə zərbəsinə hazırlaşdığı barədə xəbərlər yer almağa başladı. “La Repubblica” nəşri NATO kəşfiyyatına istinadən yazıb ki, Rusiya “Qiyamət günü” döyüş başlıqları da adlandırılan “Poseydon” nüvə torpedaları ilə “Belqorod” sualtı qayığını Ağ dənizə buraxıb.

Bu arada Britaniyanın “The Times” qəzetinin səhifələrində Rusiya prezidenti Vladimir Putinin “nüvə qatarı” adlandırılan qatarı cəbhə xəttinə göndərdiyi barədə məlumat yayılıb. İddialara görə, Kreml rəhbəri Ukrayna sərhədi yaxınlığında nüvə silahı sınaqdan keçirməyi planlaşdırır.

Ağasəf Babayev