TİKA Livana günəş enerjisi sistemi dəstəyi verib

5 Oktyabr 2022 18:25 (UTC+04:00)

Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) Livanın Akkar vilayətində elektrik enerjisinin kəsildiyi 4 kəndə günəş enerjisi sistemi dəstəyi verib.

SİA-nın türk saytlarından əldə etdiyi məlumata görə, TİKA-nın Saadine və Mincez, eləcə də Kavaşra və Aydamon türkmən kəndlərində günəş enerjisi layihəsinin açılışına rəsmi şəxslər və ictimaiyyət qatılıb.

Türkiyenin Beyrutdakı səfiri Əli Barış Ulusoy açılış mərasimində deyib:

"Livan miqyasında həddindən artıq elektrik enerjisi çatışmazlığını aradan qaldırmağa yönəlmiş bəzi TİKA layihələrinin açılışında iştirak etdik. Bu çərçivədə TİKA, xüsusilə ölkədə elektrik enerjisi imkanlarının məhdudluğu və yanacaq qiymətlərindəki artımdan asılı olaraq günəş enerjisi sahəsində bəzi layihələri dəstəkləməyə başladı".