Başlandı..?

5 Oktyabr 2022 18:10 (UTC+04:00)

Rusiyada qismən səfərbərlik çərçivəsində hərbi xidmətə çağırışdan yayınma (Rusiya Federasiyası Cinayət Məcəlləsinin 328-ci maddəsinin 1-ci hissəsi) ilə bağlı ilk cinayət işi başlanıb. Faktla bağlı Rusiya Federasiyası İstintaq Komitəsinin Penza vilayəti üzrə istintaq idarəsi tərəfindən araşdırma aparılır. SİA bu barədə rus saytlarına istinad edir.

Regional İstintaq Komitəsinin hesabatına görə, Penza vilayətinin 32 yaşlı sakininə sentyabrın 26-da hərbi qeydiyyat və komissarlığa göndərilmək üçün yerli administrasiyaya gəlmək zərurəti barədə məlumat verilib. Lakin gündəmə uyğun olaraq o, meydana çıxmayıb.

"Aqora" hüquq-müdafiə təşkilatının rəhbəri Pavel Çikov bildirib ki, adam artıq ikinci gündür ki, müvəqqəti saxlama təcridxanasındadır.

Öz növbəsində şübhəlinin müdafiə tərəfi israr edir ki, bu maddə yalnız hərbi xidmətdən yayınanlara şamil edilir. Bunu, xüsusən, Ali Məhkəmənin Plenumunun izahatları da təsdiq edir.

...Müdafiə tərəfi həmçinin göstərilən əsaslarla işə xitam verilməsini xahiş edir.

Ağasəf Babayev