Ukrayna, Portuqaliya və İspaniya 2030-cu ildə keçiriləcək futbol üzrə dünya çempionatına ev sahibliyi etmək üçün birgə ərizə təqdim edib. SİA xəbər verir ki, Portuqaliya Futbol Federasiyası və İspaniya Kral Futbol Federasiyası UAF-ı mundialın ev sahibliyi üçün ərizəyə cəlb edib.
Hər iki assosiasiya istəklərini UEFA-ya çatdırıb. Avropa futbol qurumu bu təşəbbüsə tam dəstək verib.