Paşinyançı Armen Qriqoryan Rusiyanı ABŞ-a nəyə və necə satdı? TƏRS BAXIŞ+ÖZƏL

5 Oktyabr 2022 16:27 (UTC+04:00)

Ermənistan Rusiyaya xəyanət etməklə, Aİ-yə arxa çevirməklə və Azərbaycanla Türkiyəni hədəfə alaraq ABŞ-a şikayət etməklə özünə gor qazdı və qalıb sadəcə həmin gora girməyi

Bakı İrəvana sonuncu şans vermək qərarını verib. Yalnız bir şans ki, bu şans sülh dialoqunun aparılması, sülhün əldə edilməsi üçün mümkün imkanlarını təqdim etməsidir. Və ən əsası, Azərbaycan və Ermənistan XİN başçılarının sonuncu görüşləri də ölkələr arasında münasibətlərin açıq sahəyə çıxması, yaxud aydınlaşdırılması üçün sonuncu imkan oldu. Artıq mənzərə belədir: əgər İrəvan yenə də gah nala, gah da mıxa döyəcləməyə davam edəcəksə bu zaman Bakının onu yola gətirməsi üçün kifayət qədər geniş vasitə spektorları mövcuddur. Bütün bunlar öz yerində...

Ancaq bu günlərdə Ermənistanın Təhlükəsizlik Şurasının rəhbəri Armen Qriqoryanın Brüsseldə - NATO-nun mənzil-qərargahında səsləndirdiyi anti-Rusiya, anti-Türkiyə və eləcə də anti-Azərbaycan xarakterli mesajları isə artıq atalar misalımız kontekstində belə bir nəticəyə gəlməyə zəmin yaradır: keçinin buynuzu gicişəndə onu çobanın çubuğuna sürtər...

Sən demə və guya erməni xalqı Avropanın xristian sivilizasiyasının “tərkib hissəsidir” və Ermənistan özünü birmənalı şəkildə Qərbdə görür...

Beləliklə, hər şey get-gedə üzə çıxır və İrəvan öz ağasını dəyişmək qərarına gəldiyini açıq qaydada bəyan edir. Ermənistan birdən-birə “Üç Boqatır”ın altından sivişərək çıxıb və Sem dayının altına yıxılıb. Armen Qriqoryanın oktyabrın 3-də NATO-nun mənzil qərargahındakı çıxışına əslində başqa cür don geyindirmək də olmur. Əlbəttə ki, onun dediklərinin təhlilini apararkən həmin reallıq özünü daha qabarıq formada göstərməkdədir

Misal üçün, o Azərbaycanın ədalətli və haqlı tələb və şərtlərini “aqressiya” kimi göstərir və bunu Rusiyanın Ukraynaya qarşı apardığı siyasətinə bənzətməyə cəhd edir. Üstəlik onu da bəyan edir ki, bu iki bir-birindən uzaq regionlarda baş verənlər arasında “bağlantı” var (?!) Bu sərsəm paşinyaçıya görə Qərb Ukraynada demokratik dünyanın yaradılması uğrunda savaş aparır və bu mənada Azərbaycanla Ermənistan arasındakı münaqişə əslində “demokratiya ilə avtokratiya arasında qarşıdurmadır” (???!!!)

Hələ bu da son deyil. Qriqoryan öz həmsöhbətləri ilə müzakirə apararkən deyib ki, sən demə və guya erməni xalqı Avropanın xristian sivilizasiyasının “tərkib hissəsidir” və Ermənistan özünü birmənalı şəkildə Qərbdə görür...

Yenə də xristianlıq amilinin qabardılması və yenə də özünü zorla kimlərinsə altına yıxma vasitəsi və buna başqa cür ad da vermək olmur! Lakin...

Yeri gəlmişkən, hələ 44 günlük müharibə zamanı Paşinyan haqqında irəli sürülən ən gözəl ifadə yada düşür - DABANYALAYAN! Və bu gün Armen Qriqoryanın mövcud fəaliyyəti ümumilikdə Paşinyan rejiminin dabanyalayanlıq siyasətinin tərkib hissəsidir desək, əsla yanılmarıq!

Bir tərəfdən “xristian”, digər tərəfdən isə seksual azlıqların müdafiəçisi (?!)

Lakin burada ən istehza doğuran və əslində nəinki xristianlıqda, ümumiyyətlə heç bir səmavi dinlərdə qəbul edilməyən, əksinə inkar olunan daha bir ifadəyə diqqət yetirək. Ermənistanın Təhlükəsizlik Şurasının sədri NATO-nun mənzil qərargahında deyib. SİTAT: “Ermənistan hakimiyyəti seksual azlıqların hüquqlarının qorunması yönündə ayrıca və xüsusi diqqət göstərir. Lakin erməni cəmiyyətinin mühafizəkarlığı və kilsənin böyük avtoritetə malik olması səbəbindən həmin istiqamətdəki proses aramla gedir”...

Sözügedən görüş əsnasında Qriqoryan amerikalılara daha xoş görünmək üçün öz xilaslarını yalnız ABŞ-da gördüklərini bildirib və bu vasitə ilə Amerikanın Azərbaycanın sözdə “aqressiyasına” qarşı daha sürətli addımlar atmasını istəyib, yaxud daha doğrusu yalvarıb. Əlavə olaraq isə Avropa İttifaqının və bu təşkilatın prezidenti Şarl Mişelin də bostanına daş atmağı unutmayıb. SİTAT: “Nə Rusiya, nə Avropa İttifaqı Ermənistan üçün Amerikanı əvəzləyə bilməz. Aİ prezidenti Şarl Mişel müflisləşib, Aİ isə dişsiz təşkilatdır ki, xristian erməni xalqını və demokratik Ermənistanı Azərbaycanın nefti və qazına qarşılıq qurban verməyə hazırdır”...

Göründüyü kimi, xəstə təfəkkür və sağalmaz qara yara sindromu. Armen Qriqoryanın bir tərəfdən “xristianlıq” amilini zorla müzakirə obyektinə çevirməsi, gözə soxması, digər tərəfdən isə seksual azlıqlar məsələsində müsbət düşüncələrə sahib olduğunu nümayiş etdirməsi ilə kilsəni və mühafizəkar erməni cəmiyyətini hədəfə alması, ittiham etməsi sadəcə haqqında bəhs etdiyimiz sirk tamaşasının ən gülməli səhnəsidir!

“Bir keçi qılına” satma xəstəliyi

Ermənistanın Təhlükəsizlik Şurasının katibi “göz yaşlarını” axıdarkən onu da unutmayıb ki, Ermənistanın Rusiyadan aşırı dərəcədə asılılığı əvvəlki erməni rəhbərliklərindən qalan izdir və Paşinyan bu izi siləcəkmiş. Lakin fakt budur ki, Paşinyanın həmin izi silməsi üçün ABŞ ona zəmanət verməlidir. Ancaq görünən tərəf həm də budur ki, Qriqoryan həmin ifadələrini işlədərkən hələ də Rusiyanı satmasına görə bərk qorxu hissi keçirdiyini də gizlətmir.

Ümumilikdə isə Paşinyan komandasının aparıcı üzvlərindən olan Qriqoryan artıq Rusiyanı “bir keçi qılına” satıb, əlavə olaraq isə iddia edib ki, Cənubi Qafqazda Azərbaycanın, Türkiyənin və Rusiyanın maraqları üst-üstə düşür və yalnız Ermənistan (?!) regionda ABŞ-ın yeganə müttəfiqinə çevrilib və s.

Gələk digər sərsəm iddialara. Ermənistan TŞ-nın katibi deyib: “Ermənistan KTMT-dən çıxmağı öz qarşısına qətiyyətli məqsəd kimi qoyub. Xüsusilə, Azərbaycanın 13- sentyabrdakı “aqressiyasından” sonra. Bu yaxınlarda sərhəddə baş vermiş gərginlik zamanı Ermənistan ikitərəfli əsasa söykənərək Rusiyadan yardım istədi, amma Moskva bizə rədd cavabı verdi. Reallıq belədir ki, Rusiya Azərbaycanın Zəngəzur dəhlizi diskursunu və Ermənistanın parçalanmasını dəstəkləyir. Moskva erməni demokratiyasını özünə təhlükə kimi görür və bunun səbəbidir ki, son zamanlarda minlərlə rusiyalı vətəndaşlar Ermənistana müraciət ediblər ki, bu da bizim ölkənin demokratik dövlət olduğunu göstərir”, özü də dediklərinə inanmayan Qriqoryan iddia edib.

Tarixdə görünməyən satqınçılıq - Ermənistan Gümrüdəki hərbi bazada çalışan rusiyalı xüsusi xidmət əməkdaşlarının şəxsi məlumatlarını ABŞ kəşfiyyatına təqdim edib!

Armen Qriqoryanın ölkəsinin və ölkə rəhbərliyinin nə qədər satqın və xəyanətkar olması faktını əsaslarla sübuta yetirən daha bir etirafı. O, qərbli-amerikalı siyasətçilərlə müzakirələrini apararkən deyib ki, Ermənistan hakimiyyəti Gümrüdəki Rusiyaya məxsus hərbi bazanın ölkə ərazisindən çıxarılması üçün hökumətdaxili diskussiyalar aparır və..!

Və görünməmiş etiraf – onlar, yəni Ermənistan hakimiyyəti Rusiya hərbi bazasında çalışmış bütün xüsusi xidmət əməkdaşların məlumatlarını, informasiyalarını Qərb, daha dəqiq desək, ABŞ kəşfiyyatına təqdim ediblər!

Yəni qəbul olunmuş müəyyən standartlara görə, bir ölkənin müvafiq qurumları onun ərazisində fəaliyyət göstərən digər müttəfiq ölkənin xüsusi xidmət əməkdaşlarının, yaxud agentura şəbəkəsinin məlumatlarını üçüncü ölkələrə ötürməsi birbaşa xəyanət kimi qiymətləndirilir. Bu, istər yazılmış, istərsə də yazılmamış qanunlarda var. Misal üçün, İkinci Dünya müharibəsindən sonra Şərqi və Qərbi Berlinə bölünmüş Almaniyada müharibə zamanı çalışmış xüsusi xidmət orqanları barədə heç bir tərəf, hətta müttəfiqlər belə, bir-birinə şəxsi məlumatlar verməmişdilər. Lakin nəzərə alsaq ki, bu gün ortada erməni amili var onda reallığa qalanda bundan da təəccüb etməyə dəyməz...

Beləliklə biz tariximizdə Ermənistanın daha bir satqınçılıq xislətinin şahidlərinə çevrilirik. Bir vaxtlar Osmanlı Türkiyəsinə xəyanət edən ermənilər indi uzun illər onları öz qoynunda ilan kimi bəsləmiş Rusiyaya xəyanət edirlər. Və bu da “dünyanın ən qədim xristian xalqının nümayəndələrinin” aşkar sima(sızlıq)larıdır! Artıq tam əminliklə deyə bilərik ki, Ermənistan özü üçün gor qazıb, sadəcə qalır həmin gora düşməsi...

Rövşən RƏSULOV