"Ermənilərin dini belə saxtadır" - POLİTOLOQ ŞƏRH ETDİ

5 Oktyabr 2022 15:27 (UTC+04:00)

"Xocavənd rayonu Edilli kəndində tapılan məzarlıq nə birincidir, nə də sonuncu olacaq". Bu fikirləri SİA-ya açıqlamasında politoloq Cümşüd Nuriyev bildirib.

Onun sözlərinə görə, ermənilər törətdikləri vəhşilikləri nə qədər torpaq altında gizlətməyə çalışsalar da Azərbaycan ordusu işğaldan azad etdiyi torpaqlarda onların vəhşiliklərini üzə çıxaracaq: "Orada abadlıq işləri aparılan zamanı bu kütləvi məzarlıq üzə çıxıb. Ermənilər inanmırdılar ki, bu üzə çıxacaq. Onlar deyirlər ki, guya bunları azərbaycanlıların özləri edib. Halbuki Azərbaycan Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi də bildirib ki, qazıntı zamanı çıxarılan qalıqların əlləri və ayaqları bağlıdır. Biz niyə öz əsgərlərimizə qarşı bu cür rəftar edək. Biz heç erməni əsgərlərinə qarşı bu cür hərəkət etməmişik. Bu I Qarabağ müharibəsi zamanı ermənilərin törətdikləri vəhşiliklərdir. Çünki bizim indiyə qədər 4 min itkin düşmüş vətəndaşımız var. Onların təxminən yarıdan çox əsgərlərdir. Bu erməni vəhşiliyinin daha bariz nümunəsidir. Onlar türk əsgərinin ölüsündən belə qorxurlar. Halbuki bütün dinlərdə ölmüş insanların üzərində işkəncələr görülməsi qadağandır. Yəni ermənilərin dini belə saxtadır. Onlar saxta xristianlardır. Bu mənada ermənilərin vəhşiliklərini Azərbaycan dövləti tezliklə sübuta yetirəcək. Ermənilər hər zaman həqiqəti danıblar. Öz etdiklərini biz etmişik kimi qələmə verirlər. Elə bilirlər ki, bu dəfə də həqiqəti dana biləcəklər. Amma bu dəfə belə olmayacaq”.