Kimya üzrə Nobel mükafatının laureatlarının adları açıqlanıb

5 Oktyabr 2022 14:03 (UTC+04:00)

Kimya üzrə Nobel mükafatının qalibləri elan edilib. SİA xəbər verir ki, məlumatı Nobel Komitəsi yayıb.

Bildirilib ki, Karolin Bertossi (ABŞ), Barri Şarpless (ABŞ) və Morten Meldal (Danimarka) molekulların ultrasürətli sintezinin yeni üsulunu kəşf etdiklərinə görə bu mükafata layiq görülüblər.

Xatırladaq ki, mükafat Alfred Nobelin vəsiyyətinə əsasən altı sahə - kimya, fizika, fiziologiya və tibb, ədəbiyyat, sülh və iqtisadiyyat üzrə verilir.