"Bu gün beynəlxalq ictimaiyyətin diqqəti Ağdamdadır" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

5 Oktyabr 2022 12:30 (UTC+04:00)

"Bu gün Ağdamda ilk Milli Şəhərsalma Forumu keçirilir. Ağdamda ilk Milli Şəhərsalma Forumunun keçirilməsinin əhəmiyyəti çox böyükdür". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.

Onun sözlərinə görə, Prezident İlham Əliyev də hazırda bu forumda iştirak edir: "Bildiyimiz kimi Ağdam ən çox dağıntıya məruz qalmış şəhərlərimizdən biridir. Bu baxımdan bu forumun Qarabağda, xüsusilə də Ağdamda keçirilməsi Azərbaycan həqiqətlərinin dünyada təbliği, erməni vəhşiliyinin ifşası baxımından böyük önəm daşıyır. Bu gün beynəlxalq ictimaiyyətin, beynəlxalq qurumların diqqəti Ağdamdadır. Bu tədbirdə müxtəlif ölkələrdən qonaqlar da iştirak edir. Forum Azərbaycanın dünyada nüfuzunun artmasına, mövqeyinin daha da güclənmısinə öz ciddi töhfəsini verəcək”.

Arzu Qurbanlı