Piyadanı vurub öldürən sürücü hadisə yerindən qaçıb

5 Oktyabr 2022 11:40 (UTC+04:00)

Bakıda sürücü avtomobillə qadını vurub öldürərək hadisə yerindən qaçıb.

Bu barədə SİA-ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, hadisə oktyabrın 4-ü saat 02:00 radələrində Səbail rayonunun Salyan şosesində qeydə alınıb.

Belə ki, həmin ərazidə bir qadın müəyyən edilməyən avtomobillə vurulub və o, hadisə yerində ölüb.

Səbail Rayon Polis Polis İdarəsinin 41-ci Polis Bölməsi və Əlahiddə Çevik Polis Alayı əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin qadının Şirvan şəhər sakini Təhminə Qurbanova olması, yol-nəqliyyat-hadisəsinin isə “Hyundai” markalı avtomobillə törədilməsi müəyyən olunub.

Yol qəzasını törədərək hadisə yerindən yayınan həmin avtomobilin sürücüsü, Bakı şəhər sakini Anar Əliyev saxlanılıb.

Araşdırma aparılır.