Cənubi Koreya və ABŞ Yapon dənizinə raket atıb

5 Oktyabr 2022 10:19 (UTC+04:00)

Şimali Koreyanın Yaponiya üzərində ballistik raket sınağından bir gün sonra Cənubi Koreya və ABŞ Yapon dənizinə bir sıra raketlər buraxıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Cənubi Koreya ordusunun rəsmiləri dörd qısa mənzilli raketin Yapon dənizindəki hədəflərə uğurla buraxıldığını bildirib.

Lakin Cənubi Koreya istehsalı olan daha uzun mənzilli raket sınağı uğursuzluqla nəticələnib. Atılandan qısa müddət sonra yerə düşən raketin can itkisinə və yaralanmalara səbəb olmadığı bildirilib.

Rəsmilər əlavə edib ki, bu təlim “Pxenyanın təxribatlarını” dayandırmaq üçün edilib.