“Belə ənənələr bundan sonra da yaşadılıb inkişaf etdiriləcək” - MƏDƏNİYYƏT NAZİRİ

5 Oktyabr 2022 10:32 (UTC+04:00)

“Hər bir xalqın böyüklüyü onun nəşriyyata olan həvəsindən asılıdır. 44 günlük Vətən müharibəsindən sonra kitaba aid olan ənənələrimiz bərpa edildi”. SİA xəbər verir ki, bu sözləri Bakı Ekspo Mərkəzində 8-ci Bakı Beynəlxalq Kitab Sərgisində deyib.

Onun sözlərinə görə, belə ənənələr bundan sonra da yaşadılıb inkişaf etdiriləcək: “Bu, ölkə rəhbərliyinin Azərbaycan ədəbiyyatına olan diqqət və qayğısından irəli gəlir. Bu il Azərbaycanda sanki Ədəbiyyat ilidir”.

Nazir sözlərinə belə davam edib: “Bugünkü sərgi məhz onun üçündür ki, belə ənənələri inkişaf etdirərək yeni nəsillərə ötürək. Dərgiyə ildən-ilə artım var. Bu, bizi çox sevindirir. Yüksək texnologiyalara baxmayaraq kitaba sevgi daim var”.

Ayşən Vəli