Avtobus qəzasında 25 nəfər həlak olub

5 Oktyabr 2022 08:18 (UTC+04:00)

Hindistanda Uttar Pradeş ştatında baş verən avtobus qəzasında azı 25 nəfər həlak olub. SİA xəbər verir ki, hadisə ilə bağlı NDTV kanalı məlumat yayıb.

Bildirilib ki, toydan qayıdan 40-dan çox sərnişini daşıyan avtobus idarəetməni itirərək dərəyə yuvarlanıb. Xilasedicilər 21 nəfəri əzilmiş avtobusdan çıxararaq xəstəxanaya yola salıblar. Fakt araşdırılır.