İranda baş verən zəlzələ Naxçıvanda da hiss olunub

5 Oktyabr 2022 05:20 (UTC+04:00)

Yerli vaxtla oktyabrın 5-də saat 04:21-də Naxçıvan stansıyasından 80 km cənub-qərbdə Iran ərazisində zəlzələ qeydə alınıb. Zəlzələ Naxçıvan MR-da 5-3 bala qədər hiss olunub. SİA xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib.

Məlumatda yeraltı təkanların episentrinin Təbriz şəhərindən 102 kilometr şimal-qərbdə, ocağının isə 10 kilometr dərinlikdə yerləşdiyi bildirilir.

Zəlzələ nəticəsində dağıntılar və xəsarət alanlar barədə məlumat verilməyib.