"Çelsi" "Milan"a qarşı, "Dinamo" "Zaltsburq"la üz-üzə gələcək

5 Oktyabr 2022 07:33 (UTC+04:00)

Bu gün UEFA Çempionlar Liqasının qrup mərhələsində III tura yekun vurulacaq. SİA-nın məlumatına görə, son oyun günündə E, F, G və H qruplarında 8 qarşılaşma baş tutacaq.

Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi Xorvatiyanın "Dinamo" (Zaqreb) klubu Avstriyada "Zaltsburq"ub qonağı olacaq. E qrupunun digər matçında isə "Çelsi" İngiltərədə İtaliya "Milan"ını qəbul edəcək.

E qrupunda turnirin son qalibi İspaniya "Real Madrid"i Polşada Ukraynanın "Şaxtyor" (Donetsk) komandası ilə qarşılaşacaq. Almaniya "Leyptsiq"i isə evdə Şotlandiya "Seltik"i ilə üz-üzə gələcək.

G qrupunda "Mançester Siti" İngiltərə Danimarka "Kopenhagen"ini, "Sevilya" isə İspaniyada Almaniyanın "Borussiya" (Dortmund) komandasını sınağa çəkəcək.

H qrupunda "Yuventus" İtaliyada İsrailin "Makkabi" (Hayfa), "Benfika" isə Portuqaliyada Fransanın PSJ klubu ilə münasibətlərinə aydınlıq gətirəcək.

Çempionlar Liqası

Qrup mərhələsi, III tur

5 oktyabr

E qrupu

20:45. "Zaltsburq" (Avstriya) - "Dinamo" (Zaqreb, Xorvatiya)

23:00. "Çelsi" (İngiltərə) - "Milan" (İtaliya)

Xal durumu: "Milan" - 4, "Dinamo" - 3, "Zaltsburq" - 2, "Çelsi" - 1

F qrupu

20:45. "Leyptsiq" (Almaniya) - "Seltik" (Şotlandiya)

23:00. "Real Madrid" (İspaniya) - "Şaxtyor" (Donetsk, Ukrayna)

Xal durumu: "Real Madrid" - 6, "Şaxtyor" - 4, "Seltik" - 1, "Leyptsiq" - 0

G qrupu

23:00. "Mançester Siti" (İngiltərə) - "Kopenhagen" (Danimarka)

23:00. "Sevilya" (İspaniya) - "Borussiya" (Dortmund, Almaniya)

Xal durumu: "Mançester Siti" - 6, "Borussiya" - 3, "Kopenhagen" - 1, "Sevilya" - 1

H qrupu

23:00. "Yuventus" (İtaliya) - "Makkabi" (Hayfa, İsrail)

23:00. "Benfika" (Portuqaliya) - PSJ (Fransa)

Xal durumu: PSJ - 6, "Benfika" - 6, "Yuventus" - 0, "Makkabi" - 0.

Qeyd edək ki, III turun digər 8 oyunu ötən gün keçirilib.