Prezidentin sözçüsü festivalda səhnəyə çıxıb

5 Oktyabr 2022 05:29 (UTC+04:00)

Beyoğlu Kültür Yolu Festivalı çərçivəsində bu il 4-cü dəfə təşkil edilən İstanbul Beynəlxalq Xalq Musiqisi Festivalı Atatürk Mədəniyyət Mərkəzində İrfani türküləri konsertləri ilə başlayıb. SİA xəbər verir ki, konsertə İstanbul valisi Ali Yerlikaya, mədəniyyət və turizm nazirinin müavini Əhməd Misbah Demircan, Beyoğlu Bələdiyyə Başçısı Heydər Əli Yıldız və çoxlu qonaqlar qatılıb.

Festival çərçivəsində saz və söz ustaları İbrahim Kalın, Yavuz Bingöl, İsmail Altunsaray və Ümit Yılmazdan ibarət İrfani Xalq mahnıları komandası xalq musiqisini musiqisevərlərlə görüşdürüb.. Səhnədə çıxış edən Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın musiqisevərlər üçün xalq mahnılarından ibarət repertuar hazırladıqlarını ifadə edərək, “İrfan türküləri xalq musiqisi ənənəmizin çox zəngin repertuarında xüsusi yer tutur” dedi.