Avtomobil qəzasında 14 nəfər həlak olub - PAKİSTANDA

5 Oktyabr 2022 04:50 (UTC+04:00)

Pakistanın Xeybər Paxtunqhva əyalətində baş verən avtomobil qəzasında 14 nəfər həlak olub, 35 nəfər xəsarət alıb. SİA xəbər verir ki, bu barədə Urdupoint saytı məlumat yayıb.

Saytın məlumatına görə, qəza Dərazində yaşayış məntəqəsində qeydə alınıb. Yük maşını qoşqusunda 50 nəfər olan traktorla toqquşub. Nəticədə 10 nəfər hadisə yerində, 4 nəfər isə xəstəxanada ölüb.