"Təklif olunmuş sülh müqaviləsi üzrə danışıqları sürətləndirmək vacibdir" - ABŞ-ın dövlət katibi

5 Oktyabr 2022 02:37 (UTC+04:00)

"Təklif olunmuş sülh müqaviləsi istiqamətində Azərbaycan və Ermənistan arasında danışıqları sürətləndirmək və delimitasiya üzrə komissiya çərçivəsində işləri davam etdirmək vacibdir". SİA xəbər verir ki, bu fikri ABŞ-ın dövlət katibi Antoni Blinken oktyabrın 4-də Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri ilə apardığı üçtərəfli telefon danışığı zamanı bildirib.

Üçtərəfli telefon danışığında normallaşma prosesinin digər istiqamətləri üzrə fikir mübadiləsi aparılıb, məsələlər üzrə əsaslı irəliləyiş əldə etmək məqsədilə təmasların davam etdirilməsinə razılıq bildirilib.