"Həmas"ın Liz Trussa reaksiyası

5 Oktyabr 2022 02:18 (UTC+04:00)

"Həmas" "İsrailin böyük dəstəkçisi və sionist olduğunu" deyən Böyük Britaniyanın baş naziri Liz Trussı qınayıb. SİA xəbər verir ki, "Həmas" idarəçilərindən Sami Əbu Zuhri bildirib ki, Böyük Britaniyanın baş naziri Trussun sözləri onun sionist işğalı ilə eyni tərəfdə olduğunu göstərdi. Əbu Zuhri bunları deyib: "Bu açıqlamalar o deməkdir ki, Böyük Britaniya təxminən 100 il əvvəl verilən Balfour Bəyannaməsi ilə başlayan Fələstin mübarizəsi qarşısında cinayət törətməkdə davam edir".

"Həmas" inzibatçısı günahsız uşaqları öldürmək üçün ört-basdır edən bu şəxslərin bəşər tarixində qara ləkə olduğunu bildirib.

Böyük Britaniyanın baş naziri Truss dünən iştirak etdiyi partiya konfransında deyib: "Mən böyük bir sionistəm, İsrailin böyük dəstəkçisiyəm və Britaniya ilə İsrail arasındakı əlaqələri gücləndirə biləcəyimizi bilirəm".

İsrailin baş naziri Yair Lapid də Trussın ölkəsinin səfirliyini Təl-Əvivdən Qüdsə köçürməsinə “pozitiv” yanaşdığını, Fələstin Baş naziri Məhəmməd Ştiye isə Böyük Britaniyanın bu niyyətindən “narahat olduğunu” qeyd edib.