Alla Puqaçova: “Biz təhkimli idik,.. qul olduq"

5 Oktyabr 2022 00:54 (UTC+04:00)

Daha əvvəl müharibə əleyhinə açıqlama verən və bəzi məlumatlara görə Rusiyanı tərk edən müğənni Alla Puqaçova “İnstaqram” səhifəsində yenidən ictimai rezonansa səbəb olan paylaşım edib.

“...Nə yaxşı ki, dözə bilmədiyim o insanlar mənə nifrət edirlər. Məni bəyənsəydilər, bu o deməkdi ki, mən oxuyub boşuna yaşamışam. Səbəbi aydındır. Qoy dişlərini qıcasınlar”. SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Puqaçova bunu öz “İnstaqram”ında yazıb.

Maraqlıdı ki, müğənni konkret kimi nəzərdə tutduğunu açıqlamayıb, amma yəqin ki, söhbət onu müharibə əleyhinə mövqeyinə görə tənqid edənlərdən gedir.

Yadınızda olar, sentyabrın ortalarında Puqaçova sosial şəbəkədə Rusiya hakimiyyətini onu “xarici agentlər” siyahısına daxil etməyə çağıran yazı dərc edib.

Belə ki, müğənni ilk dəfə Rusiyanın Ukraynaya təcavüzündən açıq danışıb müharibəyə qarşı çıxan və artıq “xarici agent” kimi tanınan həyat yoldaşı Maksim Qalkinin mövqeyini dəstəkləyib.

“...Mən vətənə firavanlıq, dinc həyat, söz azadlığı və xəyali məqsədlər uğrunda övladlarımızın ölümünə son qoyulmasını arzulayan vicdanlı, ləyaqətli və səmimi insan, Rusiyanın əsl və pozulmaz vətənpərvər əri ilə həmrəyəm. (...sonra da filan-beşməkan deyirsiniz, amma burada lap yeridir ki, deyəsən:, sağ ol, Alla Borisovna) Bu, ölkəmizi küfr edir və vətəndaşlarımızın həyatını çətinləşdirir”.

Qeyd edim ki, Puqaçova yazıb bunları...

Xatırladaq li, bir gün əvvəl mediada Alla Puqaçevanın uşaqları ilə ərinin hazırda yerləşdiyi İsrailə uçduğu və artıq Rusiyaya qayıtmağı planlaşdırmadığı barədə məlumatlar yayılıb. Bundan əlavə, cütlüyün Rusiyadakı daşınmaz əmlaklarını da satışa çıxardıqları iddia edilir. Bu məlumatın təsdiqi yoxdur. Hələlik nə Puqaçova, nə də Qalkin bununla bağlı şərh verməyiblər.

Nazlı Almuradova