Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib

5 Oktyabr 2022 01:10 (UTC+04:00)

Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib. SİA-nın məlumatına görə, Bərdə rayon sakini 1964-cü il təvəllüdlü Əliyev Abbas İsmayıl oğlu mübahisə zəminində bıçaqlanıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Məlumata görə, A.Əliyev Bakıya qonaq gəlibmiş.

Hadisənin təfərrüatı araşdırılır.