ABŞ prezidenti Ukraynaya yeni hərbi yardım paketi verəcək

5 Oktyabr 2022 00:21 (UTC+04:00)

ABŞ Ukraynaya HIMARS reaktiv yaylım atəş sistemlərinin daxil olduğu yeni hərbi yardım paketi verəcək. SİA Ukrayna KİV-lərinə istinadla xəbər verir ki, bu barədə ABŞ Prezidenti Co Bayden bəyan edib. 625 milyon dollarlıq silah paketinə artilleriya sistemləri və döyüş sursatları, zirehli maşınlar və nəqliyyat vasitələri daxildir.

Qeyd edək ki, Ağ Evin sentyabrın 28-də Ukraynaya təqdim etdiyi 1,1 milyard dollarlıq hərbi yardım paketinə əsasən ABŞ bu ölkəyə 18 HIMARS verəcək.