...Məqsəd ABŞ-ı Avropa və Asiyadan sıxışdırıb çıxarmaqdır

5 Oktyabr 2022 00:02 (UTC+04:00)

Rusiya və Çin Ukraynada keçirilən xüsusi əməliyyat fonunda münasibətləri gücləndirməkdə davam edir. NATO baş katibinin köməkçisinin müavini Ceyms Appaturay bildirib ki, onların hərəkətləri ABŞ-ı Avropa və Asiyadan sıxışdırıb çıxarmaq məqsədi daşıya bilər.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə “Newsweek” yazır.

Appaturay vurğulayıb ki, ekspertlər Rusiya-Çin “sərhədsiz dostluğun” zəifləməsi əlamətlərini müşahidə etmirlər. Qısa müddətdə də münasibətlərin pisləşməsi üçün heç bir əsas yoxdur.

Amerikalı rəsminin ehtimalına görə, tərəflər çox praktiki, düşünülmüş razılaşmalara girirlər. Onlar Moskva ilə Pekin arasında əməkdaşlığı gücləndirirlər.

Appaturayın sözlərinə görə, Rusiya Federasiyası və Çinin “uzunmüddətli strateji maraqları var ki, bunlar əslində ABŞ-ı Avropa və Asiyadan sıxışdırıb çıxarmaq istəyi ilə bağlıdır”.

...Qeyd edək ki, Çin hakimiyyəti açıq şəkildə Moskvanın NATO-ya münasibətini bölüşür və Rusiyanın BMT-dəki maraqlarını dəstəkləməyə davam edəcəyini də gizlətməyib.

...Bunu da amerikalı səlahiyyətli bildirib.

Ağasəf Babayev