"Ukrayna Türkiyənin etibarlı tərəfdaşlığını yüksək qiymətləndirir" - Aparat rəhbəri

4 Oktyabr 2022 23:31 (UTC+04:00)

Ukrayna Prezident Ofisi Aparatının rəhbəri Andrey Yermak Türkiyə Milli Kəşfiyyat Təşkilatının rəhbəri Hakan Fidan ilə görüşüb. Yermak 215 ukraynalı hərbçinin azad edilməsinə şərait yaratdığına görə ona təşəkkür edib və gələcəkdə Türkiyə ilə sıx əməkdaşlığa ümid etdiyini bildirib. SİA xəbər verir ki, Yermak bu barədə tviter səhifəsində yazıb.
"Ukrayna Türkiyənin etibarlı tərəfdaşlığını yüksək qiymətləndirir və gələcəkdə də sıx əməkdaşlığı səbirsizliklə gözləyir”, - deyə Yermak əlavə edib.