"Olimpiakos" - "Qarabağ" oyununda anşlaq olacaq

4 Oktyabr 2022 23:26 (UTC+04:00)

"Qarabağ"ın Yunanıstanda "Olimpiakos"a qarşı keçirəcəyi UEFA Avropa Liqasının qrup mərhələsinin III tur oyununda anşlaq olacaq. SİA yerli mətbuata istinadən xəbər verir ki, qarşılaşma üçün satışa çıxarılan biletlərin böyük hissəsi satılıb. Hazırda cəmi 4 000 biletin qaldığı bildirilir.

Qeyd edək ki, oktyabrın 6-da "Georgios Karaiskakis" stadionunda keçiriləcək "Olimpiakos" - "Qarabağ" görüşü Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.