Fərid Qayıbov Göyçay və Ağdaş rayonlarının sakinləri ilə görüşüb - FOTOLAR

4 Oktyabr 2022 23:21 (UTC+04:00)

Gənclər və idman naziri Fərid Qayıbov oktyabrın 4-də Göyçay və Ağdaş rayonlarının sakinləri ilə görüşüb.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən SİA-ya bildiriblər ki, qəbuldan əvvəl Göyçay şəhərində ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə gül dəstələri qoyulub, xatirəsi ehtiramla yad edilib.

Göyçay şəhərində Heydər Əliyev Mərkəzində keçirilən qəbulda vətəndaşları diqqətlə dinləyən nazir Fərid Qayıbov onların müraciətlərinin həlli üçün müvafiq tapşırıqlar verib.