Hara gedir... bu dünya?..

4 Oktyabr 2022 22:48 (UTC+04:00)

Sloveniya ölkənin Ailə Məcəlləsinə eynicinsli nikahlara və eynicinsli cütlüklər tərəfindən uşağın övladlığa götürülməsinə icazə verən düzəlişlər qəbul edib. SİA-nın əldə etdiyi məlumata görə, bu barədə TASS Sloveniya Mətbuat Agentliyinə istinadən xəbər verir.

Qeyd olunur ki, Dövlət Məclisi Ailə Məcəlləsinə nikahın iki nəfərin birliyi kimi müəyyən edilməsini nəzərdə tutan dəyişiklikləri 48 səslə qəbul edib.

Parlamentin aşağı palatasının 29 üzvü əleyhinə səs verib. Qanuna edilən dəyişikliklər eyni cinsdən olan tərəfdaşlara da əks cinsdən olan həyat yoldaşları ilə eyni şərtlərlə uşaq övladlığa götürməyə icazə verir.

Əli Babayev