19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsində mübarizəyə başlayıb.
SİA Qol.az-a istinadən xəbər verir ki, yığmamız ilk turda Monteneqro ilə qarşılaşıb.
Xorvatiyada keçirilən matç Monteneqro 2:1 hesablı qələbəsi ilə başa çatıb. Yığmamızda Edanur Mutlu fərqlənib.
Qrupumuzun digər oyununda Xorvatiya Kiprə 1:0 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, millimiz oktyabrın 7-də Kipr, 10-da Xorvatiya ilə üz-üzə gələcək.