ABŞ Ukraynaya 625 milyon dollarlıq silah verir

4 Oktyabr 2022 21:59 (UTC+04:00)

Bayden Zelenski ilə söhbətində HIMARS-ın Ukraynaya yeni tədarüklərini vəd etdi

ABŞ prezidenti Cozef Bayden Ukrayna lideri Vladimir Zelenski ilə telefon danışığı aparıb.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə xəbər Ağ Evdən verilib.

Söhbətin nəticəsi olaraq Cozef Bayden Ukraynaya hərbi yardımın yeni partiyasının ayrıldığını açıqlayıb. Buraya HIMARS çoxsaylı buraxılış raket sistemləri, artilleriya və zirehli texnika daxildir. Təchizatların ümumi dəyəri 625 milyon dollar təşkil edəcək.

Beləliklə, prezident Bayden, HIMARS, artilleriya sistemləri və əlavə silahlar və avadanlıqlar daxil olmaqla, 625 milyon dollarlıq yeni müdafiə yardımı paketini vəd etdi. Özünü Rusiyanın təcavüzündən müdafiə edən Ukraynanı lazım olduğu müddətcə dəstəkləməyə davam edəcəyinə söz verən ABŞ prezidentinin dediyinə görə, bura HIMARS-lardan əlavə sursatlar və zirehli texnikalar da daxildir.

...Bundan əvvəl ABŞ səlahiyyətliləri Şimali Koreyanı ballistik raketi "ehtiyatsız" buraxdığına görə tənqid etmişdi.

Ağasəf Babayev