Hindistanda uçqun baş verib

4 Oktyabr 2022 21:15 (UTC+04:00)

Hindistanın şimalındakı Qarhval Himalay dağlarında Qanqotri dağ silsiləsində zirvədə qar uçqunu baş verib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Uttarakhand əyalətinin polis rəisi Aşok Kumar uçqun nəticəsində 10 nəfərin həyatını itirdiyi, itkin düşən 11 nəfərin axtarışlarının davam etdiyi bildirilib.

29 nəfərlik qrup Himalay dağına dırmanmağa çalışıb. Kumar 8 nəfərin xilas edilərək xəstəxanaya göndərildiyini bildirib.

Qeyd edək ki, Hindistan ordusunun davam edən xilasetmə işlərinə 2 helikopter tərəfindən dəstək verilib.