İki avtomobil toqquşub, xəsarət alanlar var

4 Oktyabr 2022 20:14 (UTC+04:00)

Şəmkirdə yol-nəqliyyat hadisəsi baş verib.

SİA APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Qaracəmirli kəndində qeydə alınıb.

Hərəkətdə olan iki minik avtomobilinin toqquşması zamanı xəsarət alanlar olub.

Hadisə yerinə polis və təcili tibbi yardım briqadası cəlb olunub.

Araşdırma aparılır.