Şahzadə Diananın ən sevdiyi yemək bəlli olub

4 Oktyabr 2022 20:10 (UTC+04:00)

Şahzadə Diananın sevimli yeməyi bəlli olub. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, o, borşu digər yeməklərdən daha çox sevirdi. Bu yemək onun üçün xüsusi reseptlə hazırlanırdı. Sosial şəbəkələrdə Bukingem sarayının möhürü və məlumatı olan, ətraflı reseptin əks olunduğu sənəd dərc olunub. Ledi Dinin reseptinə görə borşa çuğundur, qatıq, soğan, toyuq suyu, süd, xama, duz və istiot qatılıb. Məlumata görə, bu resept ingilis aşpazları ilə birgə yaradılıb.

Banuçiçək Hüseynli