Rusiya “Tiktok”u cərimələyib

4 Oktyabr 2022 20:03 (UTC+04:00)

Rusiya “Tiktok” və “Twich” sosial şəbəkələrini cərimələyib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Rusiya Federal İnformasiya Texnologiyaları və Kütləvi İnformasiya Vasitələrinə Nəzarət Agentliyinin (Roskomnadzor) TikTok və Twitch-ə qarşı qaldırdığı iddialara paytaxt

Moskvanın Taqanski Məhkəməsində baxılıb. Məhkəmə, şirkətlərin Rusiyada qadağan olunmuş məzmuna TikTok və Twitch vasitəsilə daxil ola bildiyi üçün qanunvericiliyə əməl etmədiyinə qərar verib və TikTok-u 3 milyon rubl, Twitch-i 4 milyon rubl cərimələyib. Qərarda TikTok-un “qeyri-ənənəvi dəyərlər və LGBT təbliğatı”, Twitch-in isə “Rusiyanın Ukraynadakı xüsusi hərbi əməliyyatı ilə bağlı yalan məlumatı” ehtiva etdiyi bildirilib.

Arzu Qurbanlı