Yaponiya Rusiya konsulunu ölkədən çıxarmaq qərarına gəlib

4 Oktyabr 2022 18:47 (UTC+04:00)

Yaponiya Rusiyanın Sapporodakı Baş Konsulluğunun konsulu Sergey Marini persona non-qrata elan edib. RBC-nin Kyodo agentliyinə istinadən verdiyi məlumata görə, bu qərarı Yaponiyanın xarici işlər naziri Yosimasa Hayaşi açıqlayıb.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Konsula bir həftə ərzində ölkəni tərk etmək əmri verilib.

Qeyd olunur ki, qərar Yaponiya konsulu Motoka Tatsunorinin Vladivostokdan qovulmasına cavab olaraq qəbul edilib. Xatırladaq ki, sentyabrın sonunda Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları Tatsunorini saxlayıblar. Departament iddia edib ki, o, “casus aksiyası” həyata keçirib və “Rusiyanın Asiya-Sakit okean regionu ölkələrindən biri ilə əməkdaşlığının aktual aspektləri, Qərbin təsirləri haqqında” məhdud məlumatların yayılması zamanı cinayət başında baş verib.

Rusiya Federasiyasında Tatsunori persona non qrata elan edilib və sentyabrın 28-də ölkəni tərk edib. Yaponiya diplomatik missiyası diplomatın saxlanmasını “son dərəcə təəssüfləndirici və qətiyyən qəbuledilməz” adlandırıb.

Onu da qeyd edək ki, Sergey Marin 19 dekabr 2019-cu ildən Sapporoda baş konsul vəzifəsində çalışırdı.

Ağasəf Babayev