Bolqarıstan-Azərbaycan əlaqələri yüksələn xətlə inkişaf edir

4 Oktyabr 2022 18:45 (UTC+04:00)

Azərbaycan Respublikasının Prezident İlham Əliyev cənablarının Bolqarıstan Respublikasına cari ilin sentyabrın 30 da səfəri çox mühüm əhəmiyyət daşıyır. Bu il Azərbaycan-Bolqarıstan diplomatik əlaqələrinin qurulmasının 30 ili tamam olur. Səfər çərçivəsində keçirilən görüşlər və aparılan müzakirələr bir daha onu göstərir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan öz milli maraqlarına uyğun müstəqil siyasət yürütməklə, eyni zamanda, ölkəmizin inkişafı və tərəqqisi naminə çox mühüm addımlar atır. Cənab Prezidentin iştirak etdiyi mühüm tədbirlərdən biri Yunanıstan-Bolarıstan Qaz İnterkonektorunun açılış mərasimi olmuşdur. Cənab Prezidenr İlham Əliyev açılış mərasimindəki çıxışı zamanı bir çox mühüm məsələlərə toxunmuşdur. İlk vövbədə 2015-ci ildə Bolqarıstanla Azərbaycan arasında imzalanmış strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamənin iki ölkə arasında əməkdaşlığın yeni səviyyəyə çatmasında mühüm rol oynadığı qeyd olunmuşdur.

Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektoru layihəsi Avropanın enerji təhlükəsizliyinin möhkəmləndirilməsində və qaz təchizatının şaxələndirilməsində mühüm rol oynayacaq. Enerji təhlükəsizliyi hər bir ölkənin milli təhlükəsizliyinin mühüm bir hissəsidir. Son dövürdə dünyada baş verən hadisələr bunu bir daha sübuta yetirir.

Azərbaycanın birgə həyata keçirtdiyi, Avropanın enerji xəritəsini dəyişmiş Cənub Qaz Dəhlizi Avropa qitəsi üzrə ən böyük infrastruktur layihələrindən biridir. Cənub Qaz Dəhlizi qazı istehlakçılara yeni marşrutla, o cümlədən yeni mənbədən nəql edir. Bu vaxta qədər yeganə mənbə Xəzərin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” qaz yatağı olmuşdur. Lakin Azərbaycanın bir neçə digər qaz yatağında hasilat bu yaxınlarda başlayacaq və təchizat həcmlərinin artırılmasına töhfə verəcəkdir.

Bolqarstanın Avropa İttifaqına və NATO-ya üzv ölkə olduğunu nəzərə alsaq, Azərbaycanla Bolqarıstan arasında əlaqələrin dinamik inkişafının nə qədər əhəmiyyət daşıdığını və münasibətlərin nə qədər böyük əhəmiyyət daşıdığını qeyd etmək yerinə düşərdi. Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanmış enerji sahəsində strateji tərəfdaşlıq haqqında Memorandumunun böyük əhəmiyyətə malik olduğu qeyd olunmuşdur. Memoranduma əsasən, növbəti bir neçə il ərzində Azərbaycan Avropaya qaz ixracını ən azı 2 dəfə artıracaqdır.

Azərbaycan və Bolqarıstan iki dost və strateji tərəfdaş ölkələrdir və bir-biriləri ilə daha sıx əməkdaşlıq etmək niyyətindədirlər. Cənab Prezident İlham Əliyevin Bolqarıstana bu növbəti səfəri bu niyyəti özündə əks etdirir. Vurğulamaq lazımdır ki, ilk növbədə, iki ölkə arasında siyasi əlaqələr inkişaf etməkdədir. Liderlər, rəsmilər arasında görüşlər, xüsusilə, enerji təhlükəsizliyi sahəsində əməkdaşlıq təkcə Azərbaycan-Bolqarıstan münasibətlərini inkişaf etdirmir, eyni zamanda, Azərbaycanın Avropa İttifaqı ilə münasibətlərini də yüksələn xətlə inkişaf etməkdədir.

Qeyd etmək lazımdır ki, indiki mürəkkəb və həssas dövrdə Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm addımlar atır. Xüsusilə, vurğulamaq lazımdır ki, artıq Azərbaycan Avropanın enerji xəritəsinin dəyişdirilməsində və yenidən təşkil edilməsində mühüm rol oynayır. Uzun illər əvvəl əsası qoyulmuş TAP və TANAP lahiyələrinin işə düşməsi bir daha cənab Prezident İlham Əliyevin enerji siyasəti sahəsində uğurlu və uzaqgörən siyasətinin məntiqi nəticəsidir. Bu gün bu layihələr Avropanın yeni enerji xəritəsinin yenidən çəkilməsində mühüm rola malikdir. Ötən dövr ərzində iki ölkə arasında enrgetika, nəqliyyat, yeyinti sənayesi, kənd təsərrüfatı, turizm, informasiya texnologiyaları və humanitar sahələrdə o cümlədən mədəniyyət sahəsində əməkdaşlıq inkişaf etmişdir.

Ötən 30 il ərzində Azərbaycan-Bolqarıstan əlaqələri çox uşurla inkişaf edib. Əldə olunan nəticələr və Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin Bolqarıstan Respublikasına növbəri səfəri və əldə olunan nəticələr onu deməyə əsas verir ki, Bolqarıstan və Azərbaycan iki dost ölkə kimi bundan sonra da uğurla əməkdaşlıq edəcəklər və strateji əməkdaşlıq səviyyəsi daha da yüksələcək.

Rauf Əliyev,

Milli Məclisin deputatı, Azərbaycan-Bolqarıstan Parlamentlərarası
əlaqələr üzrə işçi qrupun rəhbəri