Lənkəranın baş memarı saxlanıldı

4 Oktyabr 2022 18:18 (UTC+04:00)

Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən Lənkəran şəhər İcra Hakimiyyətində keçirilən əməliyyat zamanı icra hakimiyyətinin Memarlıq və tikinti şöbəsinin müdiri - şəhərin baş memarı Elgün Abdullayev saxlanılıb. Bu barədə Lənkəran şəhər İcra Hakimiyyəti başçısının müavini Mikayıl Cəfərzadə deyib.

O bildirib ki, faktla bağlı digər şəxslər də saxlanılıb.

İcra başçısının müavini qeyd edib ki, digər saxlanılan şəxslərlə bağlı yaxın vaxtlarda rəsmi məlumat veriləcək.