Gəncə terroru ilə CƏMİYYƏTİN BAXIŞI - SORĞU

4 Oktyabr 2022 17:40 (UTC+04:00)

2020-ci ilin oktyabr ayında Azərbaycanın Gəncə şəhərinin Ermənistan Silahlı Qüvvələri tərəfindən 5 dəfə ayrı-ayrı zamanlarda raket hücumlarına məruz qalmışdır. Bu hücum nəticəsində onlarla mülki şəhid vermişik, çox sayda yaralılarımız olub. Gəncə terrorunda zamanı şəhərin infrastrukturuna, yaşayış binaları da daxil olmaqla, digər binalara, avtomobillərə ziyan dəymişdir. Gəncə terrorunundan 2 il ötür. SİA olaraq bununla şəhər sakinlərinin fikirlərini öyrəndik:

Şəhər sakini Sənubər Rəşidova: "2020-ci ildə erməni vandalları dinc dayanmayıb Gəncə şəhərinə raketlər yağdırmışdılar. Neçə mülki şəhidimiz olub, onlarla yaralılımız olub. Erməni milləti heç vaxt öz xislətindən əl çəkmir. Hər zaman belə vəhşiliklər törədir. Orada günahsız balalarımız şəhid oldu. Allah hər birinə rəhmət eləsin".

Şəhər sakini Sərdar Orucova: " Erməni daşnaqları hər zaman özlərinə məxsus hərəkətlərindən geridə qalmayıblar. Onların vandal olduqlarını sübut edən faktlardan biri də məhz Gəncə terrorudur. Məhz Gəncə terrorunda da neçə ailənin işığı söndü, arzuları, ümidləri, xəyalları yarım qaldı. Neçə-neçə uşaq ailəsiz, neçə ailə uşaqsız qaldı. Ermənilər yenə də dinc əhaliyə qarşı soyqırım tətbiq etdilər. Biz heç vaxt Xocalı soyqırımını, Gəncə və Bərdə terrorlarını unutmayacağıq. Erməni milləti o qədər alçaq və şərəfsiz bir məxluqdular ki, heç vaxt öz əməllərindən peşman olmayacaqlar".

Şəhər sakini Pərvanə Hüseynova: "Bu terror ermənilərin nə birinci, nə də sonuncu terroru idi. Onlar yenə də öz əməllərindən əl çəkmir. Günahsız insanları qətl edirlər. Sonra isə Azərbaycanı günahlandırırlar. Allah şəhidlərimizə rəhmət eləsin. Onların qanı yerdə qalmadı".

Şəhər sakini Sevil İsmayılova: "Son zamanlarda ölkəmizin başına gələn ən pis hadisələrdən biridir. Biz onların ölkəmizə qarşı etdiyi bu vəhşilikləri heç bir zaman unutmayacağıq. Onlar qana susamış bir millətdir. İnsan deyillər. İnsanlıqdan nəsiblərini almayıblar".

Şəhər sakini Elman İsmayılova: "Bu terror aktıdır, vəhşilikdir. Azərbaycan heç vaxt sivil insanlara qarşı atəş açmayıb. Amma Ermənistan tərəfi insanları yatdığı yerdə onları öldürüb. Onların heç bir günahı yoxdur. Bu baxımdan düşünürəm ki, Ermənistan hüquqi cəhətdən cəzasını almalıdır".

Şəhər sakini Gülpəri Məmmədova: "Onlar nakişilik ediblər. Kişi kimi meydanda döyüşmək əvəzinə günahsızları qətlə yetirirlər. O zamankı hadisələr dünənki kimi, gözümüzün qabağındadır. O hadilər insanın ürəyini parçalayır. Allah şəhidlərimizə rəhmət eləsin".