Ukrayna limanlarından daşınan taxıl

4 Oktyabr 2022 18:32 (UTC+04:00)

“Bu günədək 260-dan çox gəmi 6 milyon tondan çox taxılı Ukrayna limanlarından başqa ölkələrə çatdırıb”.

SİA-nın əldə etdiyi məlumata görə, Türkiyənin Rusiya-Ukrayna müharibəsi ilə əlaqədar “ərzaq böhranı” riskini aradan qaldırmaq səyləri nəticəsində yaratdığı “taxıl dəhlizi” ilə daşınan taxılın həcmi 6 milyon tonu keçib.

Xatırladaq ki, iyulun 22-də Ukrayna, Rusiya, Türkiyə və BMT Ukrayna taxılının Qara dəniz vasitəsilə ixracının həyata keçirilməsi ilə bağlı dördtərəfli saziş imzalayıb. Taxıl daşıyan ilk gəmi avqustun 5-də Odessa limanını tərk edib.

Qarğıdalı, buğda, günəbaxan unu, günəbaxan yağı, şəkər çuğunduru, soya, noxud və arpa kimi ərzaq məhsulları gəmilərlə daşınır.

Həmçinin bildirilib ki, bu gün Ukrayna limanlarından daha 8 gəmi yola düşüb.