Rəqəmsal uçrum, informasiya bərabərsizliyi… FOTO

4 Oktyabr 2022 18:30 (UTC+04:00)

Rəqəmsal transformasiya azərbaycanın davamlı inkişaf strategiyasının ən öncül istiqamətlərindən biridir.

İlham Əliyev,
Azərbacan Respublikasının Prezidenti

Rəqəmsal uçrum, informasiya bərabərsizliyi rəqəmsal mühitdə elektron istehlakçıların, onların bu mühitə əlçatanlığının qeyri bərabərliyi, rəqəmsal şərt və şəraitin onlara çatdırılmasında yetərsizliyi kimi başa düşülür.

“Rəqəmsal uçurum” anlayışı və bu anlayışın şərtləndirdiyi əsas konsept, qlobal olaraq inkişaf etmiş ölkələrlə, zəif inkişaf etmiş ölkələr arasında, paytaxtı ilə rayon, kəndlərlə ucqar yaşayış məntəqələri arasında olan qeyri bərabər informasiya istehlakı-rəqəmsal uçrumudur.

Həmçinin, informasiya cəmiyyətlərində rəqəmsallaşma resurs və texniki altyapı imkanlıqları bu gün qlobal dünyada informasiya bərabərsizliyi ilə rəqəmsal uçrum terminini gündəmə gətirmişdir.

Rəqəmsallaşma nədir?

Rəqəmsallaşma dövlətin və onun ayrı-ayrı strukturlarının xidmət, istehsal və emal proseslərində göstərilən e-xidmət çeşidlərinin və bütövlükdə intellektual idarəetmənin elektron format və üsullarıdır. Özü də rəqəmsal indekslə ölçülərək ifadə olunur.

Rəqəmsal indeks isə, rəqəmsal infrastrukturdan istifadə üzrə hər bir elektron istehlakçının iştirkçılıq payı ilə onun rəqəmsal mühitə inteqrasiya səviyyəsinin göstəricisidir.

Rəqəmsal uçrumu, informasiya bərabərsizliyini aşağıdakı kriteryalar müəyyən edir:

-Cəmiyyətin gəlir səviyyəsi, ailənin tərkibi, təhsilin səviyyəsi və s. görə parçalanaraq son nəticədə vətəndaşların müəyyən hissəsinin İnternet şəbəkəsindəki informasiyaya müraciətinin çətinliyi;

-Elm, mədəniyyət, təhsil, tibb və digər sahələrdə informasiyaya çıxışın səviyyəsinə görə əhalinin müxtəlif sosial qruplarında İKT-dən istifadəsində yaranan fərqlilik;

-İKT-dən istifadə edilməsi imkanlarının müxtəlifliyindən yaranan sosial təbəqələşmənin yeni növü;

-İnformasiya strukturlarının, vasitələrinin və proseslərinin müqəddəratlarını, onların vətəndaşlar arasında vətəndaş hüququ və maddi rifah məsələlərində qeyri-bərabər paylanması;

Yuxarıda sadalanan istiqamətlərdə hökümətlərin və sosial mühitin rəqəmsallaşdırılması, o cümlədən “ağıllı” və “asan” regional layihələr üzrə həyata keçirdiyi texniki siyasət planı rəqəmsal uçurumu aradan qaldırır, ölkə iqtisadiyatına yaxından transformasiyanı təmin edir. Bu qəbildən, İnformasiya Kommunikasiya Texnologiyaları (İKT), bütövlükdə iqtisadiyyatın və eləcə də sahibkarlıq fəaliyyətlərinin, ticarət əməliyyatlarının genişləndirilməsində çox önəmli yeri vardır. Dövlət xidmətlərinin bu üsulla rəqəmsallaşdırılma siyasəti bu sahədə rəqəmsal bərabərsizliyi (uçurumu) aradan qaldıracaq, rəqəmsal transformasiya proseslərini sürətləndirəcək, onun iqtisadiyyata dərindən inteqrasiyasını təmin edəcəkdır.

Burada əsas məqsəd hökümətin elektron xidmətlərin təşkilində intellektual idarəetmənin funksiyanallığını aktivləşdirməsidir. O cümlədən, ağıllı idarəetmə koseptinin geniş tədbiqi, sahə üzrə İKT-nin real potensialından isitifadənin artırılmasıdır.

Nəticədə, “ağıllı” və “asan” regional layihələrin aktiv həyata keçirilməsilə paytaxt və rayon mərkəzləri, şəhər və kəndlər arasında aktual olan informasiya bərabərsizliyini, rəqəmsal uçrumu aradan qaldıracaqdır.

Ölkəmizdə də rəqəmsal bərabərsizlik və rəqəmsal uçurum, onun həlli yolları strateji məsələlərə aid edilmiş, rəqəmsal sferada informasiya istehlakının faiz əmsalı, dövlətin sahə siyasətini, texniki tərəqqi prioritetlərini müəyyən etmişdir.

Yuxarıda qeyd olunan problemin kökündən həlli, sahənin inkişaf konsepsiyasına uyğun siyasət planı, fəaliyyət proqramı və yol xərtəsinın peşəkar idarəolunması ilə mümkündür.

P.S. İnformasiya bərabərsizliyinin sinonimi kimi rəqəmsal partlayış, informasiya və ya rəqəmsal parçalanma, rəqəmsal və ya elektron uçurum və digər ifadələrdən də yerinə görə istifadə edilir.

Əflatun MƏMMƏDOV,
Müdafiə Sənayesi Nazirliyinin Elmi-Tədqiqat İnstitutunun l müavini,
YAP Xətai rayon təşkilatı, ərazi partiya təşkilatının sədr müavini
İnternet və Yüksək Texnologiyalar üzrə ekspert