İkiüzlülüyün, ikili standartların təzahürü olan PARADOKSLAR – TƏHLİL

4 Oktyabr 2022 18:24 (UTC+04:00)

Son günlər erməni cəmiyyəti 5 erməni əsgərin güllələnməsini əks etdirən videodan Azərbaycana qarşı maksimum istifadə etmək üçün bütün gücü ilə çalışır. Ən adi ermənidən tutmuş, Paşinana və bütün ermənipərəstlərə qədər hamı üçün bu müzakirə mövzusuna çevrilib. Məqsəd erməni əsgərlərinin halına yanmaq, onların haqlarını müdafiə etmək deyil, əksinə, əsgərini özü meydanda qoyub qaçanlar üçün bunu söyləmək olmaz, ermənilər yenə də çirkin əməllərə əl atırlar ki, bütün dünyanı Azərbaycana qarşı qoysunlar.

Əsrlər boyu erməni məkrinin sərhədsiz olduğu barədə məlumatlar, dəqiq faktlar günümüzə qədər gəlib çıxıb. Qadınlarını, qızlarını belə ermənilərin öz çirkin məqsədləri üçün istifadə etmək ənənələri də bütün dünya üçün sirr deyil. Rus generalların ayaqları altına atılan axcilər erməni məkrinin qurbanı olmaqla bərabər, onlardan şərəfsizcəsinə istifadə edənlərin, onları ayaqlar altına atanların mahiyyətini də ortaya qoyur. Belə bir “mahiyyətə” sahib olanların isə öz əsgərini düşünəcəyi mümkünsüzdür və bu barədə bütün dünyaya bar-bar bağırmaları da həddindən artıq bayağı və gülünc görünür.

Bəllidir ki, əsgərinin ölümü ilə bağlı videogörüntüdən erməni “başbilənləri” istifadə etmək niyyətindədirlər və bunu da onlardan tək biz yox, elə hamı gözləyir. Hiyləgərliyi, oyunbazlığı, məkri sərhəd tanımayan bu köçəri haylardan nə desən gözləmək olar və məqsədlərinin də nədən ibarət olduğu hər kəsə aydındır. Bəs, görəsən bu avropalı siyasətçilərə nə düşüb ki, bu oyunun, erməni oyununun alətinə çevrilməyi özlərinə rəva bilirlər? Kim bunları məcbur edib ki, erməniləri qəyyumluğa götürsünlər? Yalan danışmağa, tərəf tutmağa, bir sözlə, ikiüzlülüyə kim məcbur edib bu boyda qitənin o yekəlikdə siyasətçilərini? Onlar kimin oyunlarının maşası olduqlarının fərqində deyillərmi və buna görə heçmi utanmaq fikirləri ypxdur? Axı, yaxşı bilirlər ki, ermənilərin hərbi əsirlərə, eləcə də mülki əhalidən olan əsirlərə qarşı etdirləri müqaisəyə belə gələ bilməz, özü də döyüş zamanı əsgərlərlərinin ölməsi ilə heç müqaisə olunmaz. Elə isə ikiüzlülük etdiklərini özləri hamıdan yaxşı bilirlər. Məsələn, Fransa prezidenti Makron özü hamıdan yaxşı bilir ikiüzlülük etdiyini və ölkəsinə də nota verilməsi əbəs yerə deyildi.

Maraqlıdır, avropalı siyasətçilər, yaxud özlərini heç olmasa siyasətçi hesab edən ermənipərəstlər 12 sentyabrdan 13 sentyabra keçən gecə Ermənistan ordusunun dəhşətli təxribat törədərək, Ordumuzun onlarla əsgərini şəhid etməsini, Azərbaycan Ordusunun da buna cavab olaraq cəza əməliyyatına başlamasını və bu səbəbdən də erməni postlarını darmadağın edildiyini bilmirlərmi? Bilmirlərmi ki, qarşı tərəfin təxribatlarına cavab olaraq hücum əməliyyatları olmalıdır və bu əməliyyatlar, döyüş əməliyyatları itgilər deməkdir? Dərk etmirlərmi ki, ermənilərin gecə yarısı xain hərəkətlərinin, hücumlarının ardınca əks hücum əməliyyatı olmalıdır və bu zaman erməni əsgərlərinin öldürülməsinə “müharibə cinayəti” adı verilə bilməz? Bəlkə, bir saat əvvəl hücuma keçən və soydaşını, əsgər yoldaşını, dostunu, qohumunu, qardaşını öldürən erməni əsgərini Azərbaycan əsgəri mehribancasına qarşılamalı idi? Yoxsa, müharibə zamanı öldürmək hüququ yalnız ermənilərə, Ermənistan tərəfinə verilib, xəbərimiz yoxdur? Çox şeydən xəbərimiz var və bilirik ki, hələ də erməni təəssübkeşləri, ermənipərəstlər yaltaqcasına haqsızın tərəfini tutmağı və simasızlıqlarını ortaya qoymağı özlərinə rəva bilirlər.

Dünyada müharibə birinci dəfə baş verməmişdi və müharibə ilə bağlı reallıqları hər kəs bilir. Hər kəs bilir ki, döyüş zamanı düşmənin əsgərini öldürmək nə müharibə cinayəti, nə də adi cinayət sayılmayıb. Üstəlik, düşmənin yerləşdiyi yüksəkliyi şəhidlər verməklə ələ keçirən əsgər qarşı tərəfin əsgərini əsir götürmədən öldürə bilir və buna don geyindirmək, hərbi cinayət adı vermək ikiüzlülükdür. Məgər 41-45-ci illərdə faşistləri güllələyən Sovet əsgərlərinin Nürnberq məhkəməsində müharibə cinayətləri törətdikləri deyilmişdimi? Deyilməmişdi. Əksinə, faşistlər məhkəmə qarşısında cavab verirdilər, özü də faşist olmalarına, vəhşiklərinə görə. Bəs yaxşı, niyə faşistdən də vəhşi erməni döyüş zamanı güllələnirsə, onu güllələyən Azərbaycan əsgəri müharibə cinayəti etmiş sayılır? Ona görə ki, güllələnən erməni əsgər idi?

Maraqlıdır, erməni əsgərləri bizim kazarmalarımızda yatmış əsgərlərimizi öldürəndə buna müharibə cinayətləri deyilmir, amma döyüşərək, kişi kimi, hərbçi kimi düşmən mövqelərini ələ keçirən Azərbaycan əsgəri döyüş zamanı, əsir götürmədən düşməni güllələyirsə, bu, müharibə cinayətləri sayılır. Bu barədə düşünmək belə gülüncdür, amma gülünc olmağı özlərinə rəva bilənlər nəinki belə düşünürlər, hətta bunu iddia da edirlər ki, guya Azərbacan əsgəri müharibə cinaətləri törədir. Hər zaman axmaq fikirləri, rəklifləri, haqsız, ədalətsiz mövqeyi ilə seçilən Makron bunu öz əsgərlərinə tövsiə edə, axud tapşıra bilər ki, onları əsgər oldaşlarını, dostlarını döyüş zamanı öldürənlərə qətiyyən güllə atmasınlar, onları güllələməsinlər, öpüb qoysunlar gözlərinin üstünə. Məsələ burasındadır ki, biz bunu da görməmişik. Fransız əsgərin əsirin başını kəsib qucağında saxlayaraq şəkil çəkdirməsini, belə bir şəklini görmüşük. İndi nədən dəm vururlar və Makron kimə nədən dəm vurur, yaxud Fransa mövqeyinə görə heçmi dünya dövlətləri qarşısında utanmaq istəmir?

Sual oluna bilər ki, Azərbacan əsgəri şəhid və qazilərinin qanı, canı bahasına ona hücum edən erməni əsgərini, onun postunu ələ keçirərkən nə etməli idi? Bir neçə saat əvvəl öz həmvətənini, soydaşını, dostunu, əzizini öldürən erməni əsgərini Azərbacan əsgəri xüsusi hörmət və ehtiramla əsir götürüb öz ölkəsinə təhvil verməli idi ki, birdən burnu qanayar və buna görə Makronun, yaxud hansısa avropalı siasətçinin kefinə dəyər? Ümumiyyətlə, döyüş zamanı, xüsusən də intiqam hissinin güc gəldiyi belə vəziyyətdə düşünməyə vaxt olurmu? Heç müharibə zamanı deyil, adi halda belə müttəhimin affekt vəziyyətdə, yəni xüsusi emosianal halda olarkən törətdiyi, özü də cinayət əməli məhkəmədə bu şəkildə qarşılanmır ki, ermənipərəstlər Azərbacan əsgərini ittiham edirlər və bununla da qanunlara, qaydalara hörmətsizlikləri elə özləri edirlər. Onlar ermənilərin törətdikləri Xacalı soqırımını, misli görünməmiş insanlıq dramını, Qarabağda etdikləri vəhşilikləri bilmirləmi ki, indi Azərbaycan əsgərini hədəfə alıblar? Əliyalın insanlara qarşı Xocalı faciəsini, soyqırımını törədən, sonra da cəsədlərin bədən üzvlərini kəsərək meyitlər üzərində təhqiramiz hərəkətlərə yol verənlən cinayət etmiş sayılmır, amma döyüş zamanı əsir götürmədən düşməni güllələyən əsgər müharibə cinayətləri etmiş olur?

Azərbacanı hədəfə almaq istəyən təkcə Ermənistan, ermənilər yox, bütövlükdə ermənipərəstlər də yanılırlar. Çünki cəhdləri mənasızdır. Ona görə ki, əllərində fakt kimi təqdim etmək istədikləri belə onların öz əlehinədir. Təbii ki, erməniləri müdafiə edənlər də özlərinə quyunun dibinə salmış olurlar və dərk etmək istəmirlər ki, tərəfini saxladıqları cinayətkarlara tay və yoldaş olurlar. Onlardan bir zaman soruşulacaq ki, bəs niyə ermənilərin törətdiklərinə göz yumulub? Bunu bütün dünya soruşacaq, şünki Azərbacan həqiqətləri artıq dünayaya yetərincə çatdırılır və ermənilərin törətdikləri vəhşiliklər, əsl müharibə cinaətləri barədə kifayət qədər məlumatlar, faktlar var.

Dünyanın gözü önündə çox maraqlı bir paradoks da var və bunu artıq illərdir ki, hər kəs ən azından eşidir. Söhbət Azərbacan ərazilərinin ermənilər, Ermənistan tərəfindən minalanmasından gedir. Bilirik ki, qələbəmizlə, əldə etdiyimiz Zəfərlə başa çatan 44 günlük müharibənin ardınca çox sada mülki vətəndaşımız, əsgərimiz ermənilər tərəfindən basdırılan minaların qurbanına çevrilib. Minaya düşərək həyatını itirən sodaşlarımız var və bu barədə Avropa da bilir, Amerika da, lap elə Mozambik də. Üstəlik, dəfələrlə Ermənistan tərəfinə bununla bağlı bildirilir, mina xəritələrinin verilməsi də tələb olunur. Bunu təkcə Azərbacan yox, bütövlükdə dünya tələb etməli idi və bu xəritələri almalı idi də. İndi Azərbaycan yenə də öz gücü, öz potensialı hesabına işğaldan azad etdiyi ərazilərini minalardan təmizləyir. Ən maraqlısı odur ki, 44 günlük müharibə Ermənistanın rüsvayçı məğlubiyyəti ilə bitdikdən sonra məğlub ölkə razılaşmalara uyğun olaraq öz vədlərinə əməl etmir, mina xəritələrini də vermir. Verdikləri mina xəritələri də yanlış, qeyri-düzgün olduğu üçün hələ də itgilər verilir, mülki vətəndaşlar və hərbçilər bunun qurbanı olurlar, amma səsini çıxaran bircə dənə avropalı siyasətçi olmur. Yoxsa onlar mina xəritələrini Ermənistanın vermədiyinə görə Azərbaycan vətəndaşlarının həyatlarını itirmələrini cinayət saymırlar? Məgər döyüş zamanı güllələnən 5 erməninin “qiyməti” illərdir verdiimiz itgilərdən üstündür? Deyilsə, onda niyə Ermənistana bu barədə bildirilmir, niyə sanksiya tətbiq edilmir? Ən azından, minaların basdırılmasının Ermənistanın törətdiyi hərbi cinaətlər olduğu niyə deyilmir? Bunun əvəzinə Azərbacan hədəfə alınırsa, bu ən böyük paradoksdur, hansıki dünyanın gözü qarşısındadır.

Dünyanın gözü qarşısında paradokslar kifayət qədərdir və bunlar ikiüzlülüyün, ikili standartların təzahürüdür. Bu ikiüzlülüyü, ikili standartları görməmək, yaxud görməməzliə vurmaq da paradoksdur. Çünki bizim gözümüzdə tük axtaranların öz gözlərində tiri görmədikləri də elə bu deməkdir.