Son bir həftə ərzində Nizami rayonu, Keşlə qəsəbəsinin bəzi ərazilərinin təbii qazla təchizatında fasilə yaranıb. Bu barədə Nizami rayonu Texniki İstismar İdarəsinin rəisi müavini Rahib Yusifov SİA-nın sorğusuna cavab olaraq bildirib ki, bu işlər Bakının bütün rayonlarında aparılır.
Rahib Yusifov bildirib ki, sayğacların yerinə yığılır və üzərindəki vinterlər dəyişdirilir: "Həmçinin müddəti keçmiş sayğaclar əvəzlənir, digərlərinə isə texniki qulluq olunur. Artıq Mətləb Ağayev küçəsində iş yekunlaşıb. Nizami Abdullayev küçəsində briqadalarımız qalıb. Sabahdan etibarən işlər yekunlaşır".
Arzu Qurbanlı