Tərtəri təmsil edəcək komandanın üzvləri ilə görüş keçirilib FOTOLAR

4 Oktyabr 2022 17:34 (UTC+04:00)

04 oktyabr 2022- ci il tarixdə YAP Tərtər rayon təşkilatının Qərargahında Yeni Azərbaycan Partiyasının yaradılmasının 30- cu ildönümü ilə əlaqədar olaraq keçiriləcək regionlar arası Mini-futbol yarışı üzrə Tərtər rayonunu təmsil edəcək komandanın üzvləri ilə görüş keçirilmişdir. Keçirilən görüşdə YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov komanda üzvləri ilə keçiriləcək oyun barədə söhbət aparmış, onları maraqlandıran suallara cavab vermiş və yarış iştirakçılarına uğurlar arzulamışdır.