Tərtərdə şəhid ailələri ziyarət edilir FOTOLAR

4 Oktyabr 2022 17:27 (UTC+04:00)

04 oktyabr 2022-ci il tarixdə Yeni Azərbaycan Partiyası Tərtər rayon təşkilatının sədr müavini Azər Ağayev, YAP fəalları, Tərtər rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Ülvi Nəcəfov, ictimaiyyət nümayəndələri və kənd sakinləri 44 günlük Vətən müharibəsində ölkəmizin ərazi bütövlüyü uğrunda canını fəda etmiş, Tərtər rayon Borsunlu kəndindən olan Şəhidimiz Məmmədov Elman Bəhman oğlunun anım günü ilə əlaqədar şəhidin ailəsini ziyarət etmişlər. Görüşdə şəhidin şərəfli həyat və döyüş yolu, torpağa, milli-mənəvi dəyərlərə bağlılığı, müqəddəs şəhidlik zirvəsinə ucalmasından bəhs edilib, şəhid ailəsinin qayğı və problemləri dinlənilmişdir. Qeyd edək ki, Məmmədov Elman Bəhman oğlu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən "Vətən uğrunda" medalı "Füzulinin azad olunmasına görə" və "Cəsur döyüşçü" medalları ilə təltif edilmişdir. Şəhidlərin ailə üzvləri göstərilən diqqət və qayğıya görə, Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin!

Rəfiqə