YAP Daşkəsən rayon təşkilatında tədbir keçirilib FOTOLAR

4 Oktyabr 2022 16:42 (UTC+04:00)

04 oktyabr 2022-ci il tarixdə Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 30 illiyi ilə bağlı Qaz İstismar Sahəsi, Gigiyena və Epidemiologiya Mərkəzi, Mərkəzi Rayon Xəstəxanası, Mikayıl Mustafayev adına, Bayan kənd ümumi orta məktəbi və Bayan kənd ərazi partiya təşkilatlarında yığıncaqlar keçirildi. Yığıncaqlarda Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın işğaldan azad olunması uğrunda şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. 2020-ci ilin 04 oktyabrında qəhrəman Azərbaycan əsgərinin göstərdiyi böyük şücaət və qəhrəmanlıq nəticəsində Cəbrayıl şəhərinin işğaldan azad olunması,düşmən üzərində qazanılan qətiyyətli qələbədən sonra şəhər və kəndlərimizin sürətlə bərpa edilməsi,son günlər düşmən ölkənin rəhbərləri ilə aparılan danışıqlar müzakirə mövzusu oldu. Yığıncaqlarda çıxış edənlər müasir Azərbaycanımızın Ümummilli Lider Heydər Əliyevin şah əsəri olmasından, Yeni Azərbaycan Partiyasının böyük və şərəfli bir yol keçməsindən söhbət açdılar.

Yığıncaqlarda onlarla gənc partiya sıralarına qəbul olunmaq və bir qrup gənc isə partiya qeydiyyatının YAP Daşkəsən rayon təşkilatına dəyişdirilməsi üçün ərizə ilə müraciət etdilər.