Külək əsəcək - XƏBƏRDARLIQ

4 Oktyabr 2022 15:50 (UTC+04:00)

Bakıda və Abşeron yarımadasında oktyabrın 5-dən 6-na keçən gecədən başlayaraq 7-si axşamadək şimal-qərb küləyi 15-20 m/s, arabir 22-27 m/s olacaq.

Milli hidrometeorologiya Xidmətindən SİA-ya verilən məlumata görə, oktyabrın 6-da şərq rayonlarında, 7-8-də isə bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.

Oktyabrın 5-i axşamdan 7-si gündüzədək qərb küləyi 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 23-28 m/s olacaq.