Azərbaycanda pul bazası sentyabrda cüzi azalıb

4 Oktyabr 2022 15:30 (UTC+04:00)

Bu il oktyabrın 1-nə Azərbaycanda pul bazası 16 milyard 144,9 milyon manat təşkil edib.

SİA Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, sentyabrın 1-i ilə müqayisədə 0,4 % azdır.

Ölkədə pul bazası ilin əvvəlinə nisbətən 10 % azalıb, son 1 ildə isə 11,4 % artıb.